“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. “Qırmızı-qaralar” sabah Çempionlar yolunun II mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq. Berlində keçiriləcək görüşdən bir gün əvvəl Emin İmaməliyevin baş məşqçisi olduğu komandanın oyunöncəsi son məşqi baş tutub. Hazırlıq prosesi sabahkı matçın keçiriləcəyi “Vurfplats” stadionunda gerçəkləşib. Bununla da “Qəbələ” Almaniya çempionu ilə matçın hazırlığını tamamlayıb.
Xatırladaq ki, sabah Berlində baş tutacaq “Herta” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, cavab oyunu
28 noyabr
16:00. “Herta” (Almaniya) - “Qəbələ”
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)
Berlin. “Vurfplats” stadionu
İlk oyun – 3:1