“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-19 yığmasına çağırılıb. İlkin Budaqov və Qədir Ramazanov bu gün başlayan təlim-məşq toplanışında iştirak edəcəklər.
Milliyə cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.
Qeyd edək ki, Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq.