“Qəbələ”nin iki futbolçusu U-19-da
Xəbərlər / 31 May 2025 | 22:47186
“Qəbələ”nin iki futbolçusu U-19-da

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-19 yığmasına çağırılıb.

 

Həbib Hüşənov və Ziya Şəkərxanov 19 yaşadək futbolçulardan ibarət millinin təlim-məşq toplanışında iştirak edəcəklər. U-19 iyunun 2-dən 11-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

 

Qeyd edək ki, "Qəbələ" futbolçuları yığmanın düşərgəsinə iyunun 3-də qoşulacaqlar.