“Qəbələ”nin ilk rəqibləri müəyyənləşdi
Xəbərlər / 20 Avqust 2024 | 16:3356
“Qəbələ”nin ilk rəqibləri müəyyənləşdi

“Qəbələ” Futbol Akademiyasının komandalarının yeni mövsümdəki ilk rəqibləri bəlli olub. Bu, AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimində müəyyənləşib.

 

“Qəbələ”nin U-15 komandası mövsümə “Kəpəz”lə ev oyunu ilə başlayacaq. U-17 I turda oyun keçirməyəcək. Gənclər Liqasında çıxış edən U-19 “Səbail”in qonağı olacaq.

 

Qeyd edək ki, U-15, U-16 və U-17 Liqasının hər birində 15, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq.