“Qəbələ”nin üç futbolçusu Azərbaycan millisində
Xəbərlər / 5 May 2025 | 22:07162
“Qəbələ”nin üç futbolçusu Azərbaycan millisində

“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-16 yığmasına çağırılıb.

 

Mehdi İsmayılov, Tunar Bayramov və Nicat Rəhimlinin dəvət aldığı 16 yaşadək futbolçulardan ibarət milli komanda bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək. U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Millimiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.