17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Avqustun 9-dan 18-dək davam edəcək hazırlıq prosesi Bakıda baş tutacaq.
Yığmamız toplanış çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. “Qəbələ”nin üç futbolçusu U-17-yə çağırılıb. Bu futbolçular Həbib Hüşənov, Ömər Kərimov və Ziya Şəkərxanovdur.