19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı olacaq. “Qəbələ”nin üç futbolçusu U-19-un hazırlığında iştirak edəcək. İlkin Budaqov, Kənan Baxışov və Xəyyam Məmmədli avqustun 22-dən 24-dək Bakıda keçiriləcək toplanışa qatılacaq. Hazırlıq çərçivəsində I Liqa təmsilçisi MOİK və İmişli komandaları ilə yoxlama oyunları keçirəcək.