«Qəbələ» nümayəndələri UEFA forumunda
Xəbərlər / 14 Noyabr 2018 | 13:08305
«Qəbələ» nümayəndələri UEFA forumunda

İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasında çıxış edən klubların nümayəndələri üçün məşqçi forumu keçirilib. Noyabrın 12-də start götürən tədbir Avropa Futbol Evində təşkil olunub. Tədbirə yarışın II mərhələsinə yüksələn “Qəbələ”nin təmsilçiləri də qatılıb. Klubumuzun futbol akademiyasının meneceri Nail Kərimov və U-19 komandamızın baş məşqçisi Emin İmaməliyev forum iştirakçıları arasında yer alıb.

Forumun ilk günündə müxtəlif mövzularda mühazirələrə yer verilib, həmçinin iştirakçılar Hollandiyanın “Ayaks” klubundakı məşqçi metodologiyası, Fransa “Lion”unun akademiyasındakı təşkilatı işlərin necə qurulması ilə tanış olublar. Nümayəndələr arasında UEFA Gənclər Liqası turniri ilə bağlı fikir mübadilələri aparılıb. İlk gün qonaqlar arasında futbol matçı ilə yekunlaşıb.

Forumun ikinci günündə də tədbir iştirakçıları mühazirələr dinləyiblər. Mərasimə Avstriya “Zaslburq”unun baş məşqçisi Marko Rosenin mühazirəsi ilə yekun vurulub.