Bu gün Bayıl stadionunda U-10 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub. Final matçında "Qəbələ" və “Neftçi” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 4:3 hesabı ilə "qırmızı-qaralar"ın xeyrinə başa çatıb.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, “Neftçi” klubun idman direktoru Vəli Qasımov və “Qəbələ” İK-nın Futbol direktoru Toni Adams təqdim ediblər.