«Qəbələ» Ukrayna təmsilçisini 3 qolla keçdi
Xəbərlər / 29 Mart 2013 | 19:51539
«Qəbələ» Ukrayna təmsilçisini 3 qolla keçdi

Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Yerli "Şaxtyor-2" kollektivi ilə üz-üzə gələn təmsilçimiz rəqibinə heç bir şans verməyib. Oyunu yüksək səviyyədə keçirən "qırmızı-qaralar" ukraynalıların qapısından 3 cavabsız top keçiriblər. Komandamıza qələbə gətirən qollara İlkin Abdullayev, Osman Soltanov və Murad Qayalı imza atıb. Təmsilçimiz Ukraynada növbəti oyununu martın 31-i keçirəcək. 2-ci sınaq matçında "Qəbələ" "Şaxtyor"la qarşılaşacaq.