“Qəbələ” Futbol Akademiyası Yay Futbol Düşərgələri təşkil edir. Məktəblilərin yay tətili zamanı başlanan proqram iyunun 20-də start götürəcək. Bu dəfə düşərgələr Şamaxı Olimpiya Mərkəzində təşkil olunacaq. “Qəbələ” Futbol Akademiyasının təcrübəli, UEFA kateqoriyasına malik məşqçiləri uşaqların yay tətilini rəngarəng və maraqlı istirahətə çevirməyə çalışacaqlar.
Proqram 7 ongünlükdən ibarət olacaq. Düşərgələr iyunun 20 -30-da və avqustun 11-20-də 6 yaşadək (2012-ci il və daha aşağı təvəllüdlülər) uşaqların sərəncamına veriləcək. 1-10 və 21-30 iyul tarixlərində isə proqrama 7-9 yaşlılar (2009-11-ci il təvəllüdlülər) və 15 yaşlılar (2001-03-cü il təvəllüdlülər) cəlb olunacaq. 10-12 yaşlılar (2006-08) və 13-14 yaşlılar (2004-05) üçün 3 ongünlük proqram təşkil edilib. Onlar iyulun 11-20-də, avqustun 1-10 və 21-30-da düşərgələrdə istirahət şansı qazanacaq. Qeydiyyatdan asılı olaraq tarixlərin dəyişdirilməsi mümkündür.
Gündəlik paketə məşq və oyun, gün ərzində 5 dəfə hovuzdan istifadə, həmçinin matç vaxtı su, idman geyimlərinin yuyulması və 3 dəfə qidalanma daxildir. Düşərgələrə qruplar və ailələr üçün paketlər də mövcuddur. Düşərgələrdə qapıçılar üçün xüsusi hazırlıq kursu da təşkil olunacaq.
Qeydiyyat:
Telefon:
Bakı: 012 5636302
Şamaxı: 0202 656521
Mobil: 99455 5113965
Whatsapp: 99470 6931070
Email: [email protected]