“Qəbələ” (Azərbaycan) – “Herta” (Almaniya) – 1:3
UEFA Gənclər Liqası. Çempionlar yolu. II mərhələ, ilk oyun
7 noyabr 2018-ci il. Saat 17:00. Qəbələ şəhər stadionu
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Rustam Matyakubov, Maral Abdikerov
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Fritz Stuchlik (Avstriya)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Sarı vərəqələr: İdris İnqilablı, 74 // Miralem Ramiç, 38, Luis Klatte, 72
Qollar: Əli Sadıxov,88 // Muhammed Kiprit, 65, Cesik Nqankam, 71, Rouen Vertmüller, 85
Samir Qurbanov 74-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Çempionlar yolunun II mərhələsinin ilk görüşündə “Herta” ilə qarşılaşıb. Emin İmaməliyevin yetirmələri Almaniya çempionu ilə matça yaxşı başlayıb. Oyunun qarşılıqlı hücumlarla keçən ilk dəqiqələrində Veysəl Rzayevin zərbəsi yaddaqalan olub. Rəqib qapıçı topu dəf edə bilib. Ardınca fəallaşan qonaqlar bir neçə qol imkanı yaradıb. Lakin Əmrah Zülfüqarlının inamlı oyunu hesabın açılmasına imkan verməyib. İlk dəqiqələr kimi hissənin sonluğu da “qırmızı-qaralar”ın hücumları ilə əlamətdar olub. Komandamız ardıcıl zərbələr endirsə də, İzzət Müştaqovla Samir Qurbanov hədəfə düşə bilməyib.
İkinci hissə məhsuldar alınıb. Almaniya millisinin sabiq futbolçusu Mihael Hartmann baş məşqçisi olduğu “Herta”nın hücum xəttini gücləndirmək üçün fasilədən sonra Mihelbrinki meydana buraxıb. Bundan sonra Berlin klubu üstünlüyü ələ alıb. Epizodların birində Zülfüqarlı Krebsin hesabı açmasına əngəl olub. Lakin Mihelbrinkin ötürməsindən sonra Kipritin endirdiyi dəqiq zərbədə qapıçı komandanı xilas edə bilməyib. Az keçməmiş qonaqlar ikinci qolu vura bilib. Buraxılan qollardan sonra hücumların kəsərini artıran “Qəbələ” fərqi azaltmağa yaxın olub. Lakin Məhəmməd Məhərrəmova qarşı qayda pozuntusuna görə təyin olunan penaltini Samir Qurbanov qola çevirə bilməyib. Görüşün sonluğu qarşılıqlı hücumlarla keçib. Komandalar hərəyə bir dəfə fərqlənib. Ön xətdə daha kəsərli oynayan berlinlilər final fitinə 5 dəqiqə qalmış daha bir qol vurub. “Qəbələ”də isə Əli Sadixov fərqlənib. Kapitan 88-ci dəqiqədə Əli Mürsəlovun ötürməsini qola çevirib.
Beləliklə, “Qəbələ” öz meydanındakı ilk oyunda 1:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək.
“Qəbələ”
12. Əmrah Zülfüqarlı
2. Rüstəm Nuruyev
3. İzzət Müştaqov
4. Vüsal Məsimov
6. Faiq Hacıyev
7. Əli Sadıxov (k)
8. Abbas Ağazadə
11. Samir Qurbanov
(9. Əli Mürsəlov, 78)
15. İdris İnqilablı
16. Veysəl Rzayev
(10. Təbriz İsazadə, 66)
17. Məhəmməd Məhərrəmov
(18. Nicat Oruclu, 88)
Ehtiyat oyunçular:
1. Elməddin Sultanov
5. Arsen Ağcabəyov
13. Nicat Əliyev
14. Xəyal Muradov
Baş məşqçi: Emin İmaməliyev
“Herta”
1. Luis Klatte
9. Cesik Nqankam (k)
10. Miralem Ramiç
17. Justin Veber
(6. Tarik Gözüşirin, 79)
18. Maksimilian Qurşke
(16. Pol Kryuqer, 89)
19. Yulian Albrext
(8. Yonas Mixelbrink, 46)
24. Matias Kastrati
31. Soni Ziemer
33. Florian Baak
(21. Elias Tamim, 89)
35. Florian Krebs
(14. Rouen Vertmüller, 72)
36. Muhammed Kiprit
Ehtiyat oyunçular:
12. Florian Palmovski
Baş məşqçi: Mihael Hartmann