“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir. Seçimlər Qəbələ şəhər stadionunda 26-30 iyun tarixlərində 1997 - 2005-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63
Seçim tarixləri:
Qəbələ Şəhər Stadionu
26 iyun – 1997-1998-ci il təvəllüdlü futbolçular
27 iyun – 1999-2000-ci il təvəllüdlü futbolçular
28 iyun – 2001-2002-ci il təvəllüdlü futbolçular
29 iyun - 2003-2004-2005-ci il təvəllüdlü futbolçular
30 iyun – Final seçimləri
Seçimlər hər gün saat 10:00-da başlayacaq.
Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!