«Qırmızı-qaralar» «Şerif»ə «5» verdi - Fotoreportaj
Xəbərlər / 13 Mart 2013 | 19:05398
«Qırmızı-qaralar» «Şerif»ə «5» verdi - Fotoreportaj

Moldovanın Tiraspol şəhərin 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə iştirakını davam etdirən "Qəbələ"nin U-15 kollektivi sözügedən ölkədə ikinci oyununa çıxıb. 
Yerli "Şerif-99" komandası ilə üzə-gələn "qırmızı-qaralar" rəqibinə meydançada heç bir şans verməyib. İlk dəqiqədən sona kimi üstünlüyü əlində saxlayan "Qəbələ" meydan sahiblərini 5 dəfə mərkəzə dəvət edib. "Qırmızı-qaralar"a qələbə gətirən qollara 2-ci dəqiqədə Sahil Zeynalov, 23-cü dəqiqədə Fərid Nəbiyev, 31-ci dəqiqədə Baxşəli Baxşəliyev, 40-cı dəqiqədə Coşqun Süleymanov və 70-ci dəqiqədə Azər İsmayılov imza atıb. Bu nəticədən sonra "Qəbələ" qrupda ilk sırada möhkəmlənib. İlkin mərhələ çərçivəsində son oyun sabah keçiriləcək. Hüseynqulu Quliyevin komandası Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşacaq.