«Şerif» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 22 Oktyabr 2018 | 15:02496
«Şerif» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi 

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. 2017/18 mövsümündə Azərbaycan Gənclər Liqasının çempionu adını qazanan “Qəbələ”nin U-19 komandasının Moldova “Şerif”i ilə səfərdəki matçının hakimləri də müəyyənləşib. Oktyabrın 24-də Tiraspolda keçiriləcək matçı Kiprdən olan hakimlər idarə edəcək. “Şerif” stadionunun kiçik arenasındakı görüşün baş hakimi Timofeos Kristofi olacaq. Ona həmyerliləri Giorgos Savva və Andreas Mixailidis kömək edəcək. Oyunun dördüncü hakimi funksiyası moldovalı İon Orlikə tapşırılıb.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Şerif” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Komandalar arasında ayın 3-də Qəbələdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan)

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. “Şerif” stadionunun kiçik arenası

İlk oyun – 1:1