Təşəkkürlər, Zaur Hacıyev
Xəbərlər / 11 İyul 2024 | 16:3678
Təşəkkürlər, Zaur Hacıyev

“Qəbələ” Futbol Akademiyası məşqçi Zaur Hacıyevlə yollarını ayırıb. 

 

2023-2024-cü illər mövsümündə U-19-a rəhbərlik edən mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb.

 

“Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb. 

 

"Qəbələ" İdman Klubu Zaur Hacıyevə futbolçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.