U-10-dan 22, U-13-dən 12 qol
Xəbərlər / 31 Oktyabr 2017 | 23:15477
U-10-dan 22, U-13-dən 12 qol

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. “Qəbələ” U-17 Liqasında “Qarabağ”la qarşılaşıb. Komandamız ev oyununda böyük hesabla qalib gəlib – 4:1. 8 oyunda 20 xal toplayan komandamız 1-ci pillədə qərarlaşıb. “Qarabağ”ı qəbul edən U-16 da qələbə qazanıb – 3:1. 6 oyunda 16 xal toplayan “Qəbələ” yarışın lideridir. U-15 rəqib meydanında İsgəndər Cavadov BFA üzərində qələbə əldə edib – 3:0. 6 görüşdə 16 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. U-13 isə İsgəndər Cavadov BFA üzərində qələbə əldə edib – 12:0. Ardıcıl 5-ci qələbəsini qazanan “qırmızı-qaralar” 15 xalla zirvədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız VII turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Yevlax UGİM-ini 7:0, UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sini 1:0 hesabı ilə məğlub edib. 7 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 18 xalı var. U-11 Liqasında da komandalarımız eyni rəqiblərlə qarşılaşıblar. “Qəbələ” 10:0, UGİM 5:1 hesablı qələbə əldə edib. 7 turdan sonra yarışın lideri olan “Qəbələ”nin 21 xalı var. UGİM-in hesabı 15 xaldan ibarətdir. U-10 Liqasındakı üç komandamız da qələbə qazanıb. “Qəbələ” İsmayıllı UGİM-inə 22:0, UGİM Yevlax UGİM-inə 6:0, Gİİ Ağdaş UGİM-inə 9:3 hesabı ilə qalib gəlib. Hərəyə 6 matç keçirən təmsilçilərimizdən “Qəbələ” 18, Gİİ 12, UGİM 9 xala malikdir.