U-10-dan gümüş, U-11-dən bürünc medal - Fotolar
Xəbərlər / 21 May 2018 | 19:12511
U-10-dan gümüş, U-11-dən bürünc medal - Fotolar

AFFA-nın təşkil etdiyi U-10 Liqasına yekun vurulub. Bu gün yarışda final və 3-cü yer uğrunda qarşılaşmalar baş tutub. Həlledici görüşdə “Qəbələ” və “Keşlə” komandaları üz-üzə gəlib. Məhsuldar keçən final matçında qalib müəyyənləşməyib – 3:3. Liqanın qalibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan “Keşlə” 4:2 hesabı ilə qalib gəlib.

Beləliklə, “qırmızı-qaralar” mövsümü gümüş mükafatla başa vurub. 1-ci yeri “Keşlə”, 3-cü yeri isə “Vətən” tutub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər. “Qəbələ”nin üzvü Ayxan Əmiraslanlı liqanın ən yaxşı futbolçusu kimi fərdi mükafatla da təltif olunub.

U-11 Liqasında 2017/18 mövsümünə yekun vurulub. Yarışın son günündə final və 3-cü yer uğrunda matç baş tutub. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası 3-cü yer uğrunda matçda “Leon”la qarşılaşıb. “Qırmızı-qaralar” 2:1 hesabı ilə qalib gəlib və mövsümü 3-cü pillədə başa vurub. Komandamızın bürünc medal qazandığı yarışda ilk iki yeri isə “Vətən” və “Neftçi” tutub. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Texniki direktor Bernhard Lippert təqdim ediblər. “Qəbələ”nin futbolçusu Həsən Nəzərli U-11 Liqasının bombardiri olub.

Fotolar AFFA-nın saytından götürülüb.