U-11-dən 10, U-14-dən 7 cavabsız qol
Xəbərlər / 30 Aprel 2018 | 20:35703
U-11-dən 10, U-14-dən 7 cavabsız qol

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Gənclər Liqasında çıxış edən U-19 evdə “Zirə”ni 4:0 hesabı ilə məğlub edib, ardınca səfərdə “Neftçi” ilə heç-heçəyə imza atıb – 1:1. 23 qarşılaşmada 59 xal toplayan “Qəbələ” son tur ərəfəsində 1-ci pillədə qərarlaşıb. Komandamız mayın 2-də baş tutacaq son görüşdə eyni xala malik “Qarabağ”ı qəbul edəcək. Qızlar arasında Yüksək Liqada mübarizə aparan “Qəbələ” “Qubek”i 2:1 hesabı ilə yenib. 16 görüşdə 38 xal toplayan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

U-10, U-11, U-12, U-13 və U-14 liqalarında isə final mərhələsinə start verilib. UGİM-in (Qəbələ) U-12 komandası pley-offda Mingəçevir UGİM-inə uduzub və həlledici mərhələyə vəsiqə şansını itirib – 1:5, 1:1. Akademiyamızın 7 komandası isə 1/8 finalın ilk oyunlarını keçirib. U-10 Liqasında “Qəbələ” səfərdə “Azəri” TİM üzərində 4:0 hesablı qələbə qazanıbsa, Gİİ evdə “Vətən”ə uduzub – 1:5.

“Qəbələ”nin U-11 komandası səfərdə “Ağsu”nu 10 cavabsız qolla məğlub edib. U-12 eyni rəqiblə ev matçında 3:0 hesabı ilə qalib gəlib. U-13 Liqasında “Qəbələ” evdə Mingəçevirin UGİM-ini 3:0 hesabı ilə üstələyibsə, UGİM (Qəbələ) səfərdə “Zirə”yə məğlub olub – 0:1. “Qəbələ”nin U-14 komandası “Viləş”in qonağı olub və 7 cavabsız qola sevinib.