U-11-dən 5 cavabsız qol
Xəbərlər / 29 May 2017 | 13:51484
U-11-dən 5 cavabsız qol

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsinə yekun vurulub. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası III turda yerli “Telavi” ilə qarşılaşıb. Namiq Əliyevin baş məşqçisi olduğu komanda ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb – 5:0. “Qırmızı-qaralar”ın heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıb. İlk turda Tbilisi “Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca “Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən “Qəbələ” qrip mərhələsini 6 xalla tamamlayıb.

“Qırmızı-qaralar” bu nəticə ilə 1/4 finala yüksəlib. Mayın 31-də baş tutacaq qarşılaşmada komandamızın rəqibi “Saburtalo” olacaq.