Türkiyədə keçirilən ənənəvi “Limra Cup” turnirinə start verilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası ilk iki matçda böyükhesablı qələbə qazanıb. Rüstəm Məmmədovun baş məşqçisi olduğu U-11 bu gün “BD Spor” komandası ilə qarşılaşmada 3 xal əldə edib – 4:0. Komandamızın qollarını Ömər Kərimov, Həsən Nəzirli, Murad Əbilov və Ziya Şəkərxanov vurub.
“Qırmızı-qaralar” “Manavqatspor”la matçda Türkiyə təmsilçisinə 10 cavabsız qolla qaib gəlib. Bu qarşılaşmada Həsən Nəzirli və Ziya Şəkərxanov hərəyə 2, Ömər Ağabəyov, Murad Əbilov və Ömər Kərimov hərəyə 1 dəfə fərqlənib. Daha 3 qol rəqibin avtoqolları hesabına gerçəkləşib.
İki matçdan sonra turnirin lideri olan “Qəbələ” sabah daha bir Türkiyə təmsilçisi “Kəmər Kartalları”, noyabrın 7-də “Təhsil” (Azərbaycan) və “Lokomotiv” (Rusiya) ilə görüşəcək. Noyabrın 8-də baş tutacaq son matçda isə rəqibimiz yerli “Beşiktaş” olacaq.
Xatırladaq ki, U-11 komandalarının yarışında 7 komanda dairəvi sistemlə mübarizə aparır.