Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub. “Qəbələ” turnirin son günündə 4 oyun keçirib. “Qırmızı-qaralar” 17-24-cü yerlər uğrunda mübarizədə B qrupunda çıxış edib. Komandamız əvvəl Elmir Hüseynlinin qolu ilə “Şiltiqeym”ə qalib gəlib -1:0. Ardınca “Hamborn”la qarşılaşan Zaur Hacıyevin yetirmələri 2:1 hesablı qələbə əldə edib. Rəqib qapısına qolları Eşqin Əhmədovla Məhəmməd Fahlulov vurublar. Qrupdakı son matçında “Tuzlaspor”la qolsuz heç-heçə edən komandamız 1-ci yeri tutub. Bu, “qırmızı-qaralar”a 17-ci yer uğrunda matçda oynamaq imkanı verib. Son matçında “Krasnodar”la görüşən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb. Murad Ələkbərov və Elmir Hüseynlinin qolları komandamızı yekun sıralamada 17-ci olması üçün kifayət edib.
Beləliklə, 3 gün ərzində 15 oyun keçirən “Qəbələ” İzmirdə 8 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlub olub. 18 qol vuran komandamız 9 top buraxıb.