AFFA-nın təşkilatçılığı ilə keçirilən Coca-Cola U-13 Liqasına yekun vurulub. Yarışın son günündə final və III yer uğrunda qarşılaşma keçirilib. “Qəbələ” qızıl medallar uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” həlledici matçda “Vətən” RİOEUG ilə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn “Qəbələ” çempion tituluna yiyələnib. Qarşılaşmadan sonra komandaya çempionluq kuboku və qızıl medallar təqdim edilib.
Bu, akademiyamızın cari mövsümdə üçüncü uğurudur. U-13-ə qədər U-16 və U-15 də qızıl medallara yiyələnib.
Xatırladaq ki, “Qəbələ” bunadək final mərhələsində Naxçıvan UGİM-ini (5:0, 6:0), “İnter”i (1:0, 1:1) və “Mançester Yunayted”i (0:0, 1:0) məğlub edib.