U-13 gümüş medallara sahib oldu - Fotoreportaj
Xəbərlər / 12 May 2013 | 13:46357
U-13 gümüş medallara sahib oldu - Fotoreportaj

Öncə U-13 Liqasının ilkin regional çempionatında, daha sonra isə final mərhələsində uğurlu çıxışla yadda qalan "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün liqanın yekun - final oyununa çıxıb. Ağdam təmsilçisi "Qarabağ" ilə üz-üzə gələn "qırmızı-qaralar" minimal hesabla məğlub olublar və gümüş medallara sahib çıxıblar.
Matçın taleyini "Qarabağ"ın ilk hissədə aktivinə yazdığı yeganə qol həll edib - 0:1. "Qəbələ" oyun boyu bir neçə əlverişli epizod yaratsa da, fərqlənə bilməyib.

Final matçının ardından qaliblərin təltifetmə mərasimi baş tutub. Mükafatçılar sırasına adını yazdırmış komandalara - "Qarabağ", "Qəbələ" və "Neftçi"yə kubok və medallar təqdim olunub. "Qırmızı-qaralar"ın üzvü Marat Əzizov çempionatın ən yaxşı futbolçusu adına layiq görülüb.