İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib. “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb. Ülfət Mədətovun baş məşqçisi olduğu komandamız I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. “Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə komandamız “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıb. Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. “Qəbələ” “Kapilan Pallo” ilə görüşəcək.