U-13 və U-11 finalda!
Xəbərlər / 1 May 2017 | 21:12494
U-13 və U-11 finalda!

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda final mərhələsinin növbəti oyunları keçirilib. “Qəbələ”nin U-14, U-13, U-12, U-11 və U-10 komandaları da mübarizəni davam etdirib. Təmsilçilərimizdən ikisinin final, ikisinin bürünc medal uğrunda mübarizə aparacağı dəqiqləşib.

U-14 1/8 finalda İOEUGİM-ə (Sumqayıt) hər iki matçda (4:0, 5:0), 1/4 finalda “Vətən” RİOEUG-ə (0:1, 1:0) penaltilər seriyasında qalib gəldikdən sonra yarımfinalda “Neftçi” PFK səddini keçə bilməyib - 2:2, 1:2. Komandamız 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq. “Qarabağ”la bürünc medal uğrunda matç mayın 4-də keçiriləcək.

U-13 yarımfinalda “Mançester Yunayted”i mübarizədən kənarlaşdırıb – 0:0, 1:0. “Qırmızı-qaralar” mayın 3-də keçiriləcək final matçında “Vətən” RİOEUG ilə üz-üzə gələcək.

U-12 1/4 finalda “Neftçi” PFK-nı səfər qolu ilə keçib - 0:0, 2:2. Komandamız yarımfinalda “Leon”la üz-üzə gələcək.

1/4 finalda “Ağsu”nu hər iki matçda (3:1, 4:1) məğlub edən U-11 yarımfinalda “Sumqayıt”ı üstələyib – 4:1, 4:2. “Qəbələ” mayın 16-da keçiriləcək final matçında “Qarabağ”la qarşılaşacaq.

U-10 “Vətən” RİOEUG-lə yarımfinalın hər iki oyununda uduzub - 0:2, 1:5. Komandamız mayın 3-də üçüncü yer uğrunda matçda “Əlincə” ilə qüvvəsini sınayacaq.