AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvələrini sınayıblar.
Gənclər Liqasında mübarizə aparan U-19 XIV turda “Sumqayıt”ın qonağı olub. 2:1 hesabı ilə qalib gələn komandamız qış fasiləsinə 1-ci pillədə yollanıb. “Qəbələ” 12 oyunda 32 xal toplayıb.
U-17 təxirə salınmış ev oyununda “Neftçi” İK İB ilə qarşılaşıb və rəqibini məğlub edib – 1:0. Komandamız XV turda “Xəzər Lənkəran”ı səfərdə yenib – 6:0. 15 matçda 41 xal yığan komandamız turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
U-16 Liqasında
XV turda istirahət edən “Qəbələ” “Keşlə” ilə təxirə salınmış qarşılaşmada 3 xal qazanıb – 2:0. “Qırmızı-qaralar” 13 oyundan sonra 31 xalla 1-ci pillədə yer alıblar.
U-15 XIII turda istirahət edib. 12 görüşdə 34 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir.
Paytaxt zonasında çıxış edən U-14 “Təhsil” FM-dən güclü olub – 16:0. 13 oyundan sonra 35 xala malik komandamız 1-ci pillədə qərarlaşıb.
Eyni zonada mübarizə aparan U-13 RİOEUGİM-ə qalib gəlib – 10:0. 12 matçda 33 xal toplayan komandamız 1-ci pilləyə yüksəlib.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında U-10 komandalarımız XIV turun matçlarına çıxıblar. “Qəbələ” İsmayıllı UGİM-ini 12:0 hesabı ilə yenib. UGİM isə Yevlaxın UGİM-inə qalib gəlib – 3:0. 12 görüşdə 36 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 24 xal toplayan Gİİ 3-cü, 21 xala malik UGİM 4-cüdür.