U-14 üstünlüyünü qoruya bilmədi 
Xəbərlər / 11 İyun 2017 | 00:05504
U-14 üstünlüyünü qoruya bilmədi 

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirində pley-off mərhələsinin oyunlarına start verilib. “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizədə ilk oyununu keçirib. “Qırmızı-qaralar” Rusiyanın “Yunost” komandası ilə qarşılaşıb. Oyuna fəal başlayan Rakif Əliyevin baş məşqçisi olduğu U-14 matçın 6-cı dəqiqəsində hesabı açıb. Komandamızın heyətində Vüsal Mirzəzadə fərqlənib. Lakin “Qəbələ” üstünlüyünü qoruya bilməyib. Şimallılar ilk yarıda üç, fasilədən sonra daha iki qol vuraraq 5:1 hesablı qələbə qazanıb. Beləliklə, “qırmızı-qaralar” 7-ci yer uğrunda matçda mübarizə aparacaq. Komandamız sabah keçiriləcək görüşdə Rusiya təmsilçisi “Ramzan”la qarşılaşacaq.