U-15-dən bir qələbə, bir məğlubiyyət
Xəbərlər / 10 İyun 2018 | 23:18495
U-15-dən bir qələbə, bir məğlubiyyət

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub. “Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi “Kavolano” olub. “Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub. “Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın “Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan komandamız turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya “Udineze”si yiyələnib.