U-15 Liqasında pley-off mərhələsinin püşkü atılıb. AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan tədbirdə 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Həmçinin iştirakçı komandaların yarımfinaldakı potensial rəqibləri də bəlli olub.
“Qəbələ” 1/4 finalda “Sumqayıt”la qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda “Araz-Naxcivan” – “Qarabağ” duelinin güclüsü ilə qarşılaşacaq.
U-15 Liqası, 1/4 final
“Sumqayıt” – “Qəbələ”
“Araz-Naxcivan” – “Qarabağ”
“Neftçi” – “Zirə”
“Vətən” – “Sabah”