U-15 Ukrayna Prezidenti Kubokunu 4-cü yerdə tamamladı
Xəbərlər / 6 Oktyabr 2013 | 16:35313
"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası "Artek" Uşaq İstirahət Mərkəzində keçirilən Ukrayna Prezidenti Kubokunu dördüncü yerdə tamamlayıb. Qrup mərhələsini uğurla ilk pillədə adlayan "qırmızı-qaralar" yarımfinalda yerli "Karpatı" ilə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabilə tamamlanıb. Qalibi müəyyənləşdirmək üçün komandalar penalti duelində qarşılaşıblar. 11 mertlik zərbələri daha dəqiq yerinə yetirən ukraynalılar 5:4 hesabilə qalib gəliblər və finala vəsiqə qazanıblar. Növbəti oyunda "Qəbələ" 3-cü yer uğrunda matçda "Şaxtyor"la üz-üzə gəlib. Oyun Donetsk təmsilçisinin qələbəsi ilə yükunlaşıb: 7:1. Beləliklə, "Qəbələ" ilk dəfə iştirak etdiyi Ukrayna Prezidenti Kubokunu 4-cü yerdə tamamlayıb.