U-17-dən qələbə, U-19-dan qolsuz sülh
Xəbərlər / 29 Mart 2018 | 21:03375
U-17-dən qələbə, U-19-dan qolsuz sülh

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Gənclər Liqasında “Səbail”in qonağı olan “Qəbələ” qolsuz sülhə imza atıb - 0:0. 19 matçda 49 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridir. U-17 evdə “Səbail”dən güclü olub – 2:1. 25 görüşdə 64 xal yığan komandamız turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. U-16 rəqib meydanında “Zirə” üzərində minimalhesablı qələbə əldə edib – 1:0. Komandamız 23 matçdan sonra 55 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Keşlə” ilə qarşılaşan U-15 üç cavabsız qol vurub. 21 görüşdə 55 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridir. 

Paytaxt regionunda çıxış edən U-14 “Vətən RİOEUGFM”lə heç-heçə edib (0:0) və “Keşlə”yə qalib gəlib – 1:0. 20 oyunda 51 xal toplayan “Qəbələ” bütün rəqiblərini qabaqlayır. U-13 “Sumqayıt” və “Zirə”ni eyni – 2:0 hesabı ilə məğlub edib. 19 görüşdə 47 xal yığan komandamız 2-ci pillədə qərarlaşıb.