“Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası 2012-2013 mövsümünün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirəcək. Bu məqsədlə komanda yanvarın 13-də Türkiyəyə yola düşüb. “Qəbələ” qardaş ölkəyə aşağıdakı futbolçu heyəti ilə yollanıb:
Həsən Hüseynov, Vəzir Musayev, Bəhram Mehdizadə, İbrahim Aslanlı, Sahil Mirzəyev, Bəhlul Mustafazadə, Qismət Əliyev, Tərlan Əhmədov, Həsi Hümbətli, Nurlan Salahov, İlkin Allahverdiyev, Ehtiram Şahverdiyev, Yusif Şirinov, Turxan Həsənov, Çingiz Hüseynov, Heydər Babayev, Emin Zamanov, Yusif Nəbiyev, Əli Səmədov, Tural Məmmərzayev, Coşqun Süleymanov, Ülvi İskəndərov, Baxşəli Baxşəliyev.
Baş məşqçi: Halim Fıçıcı
Məşqçi: Azər Bağırov
Yanvarın 23-dək davam edəcək toplanış müddətində komanda Antalyanın Lara bölgəsində “Karvansaray” oteldə məskunlaşacaq. “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Yoxlama oyunları yanvarın 16-ı, 19-u və 22-i baş tutacaq.