U-17 təlim-məşq toplanışına heç-heçə ilə yekun vurdu - Fotoreportaj
Xəbərlər / 24 Yanvar 2012 | 15:49333
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası bu gün son - üçüncü yoxlama oyununu keçirib. Yerli “Antalyaspor”un əvəzedici komandası üz-üzə gələn U-17 matçdan heç-heçə ilə ayrılıb: 2-2. Rəqibin qapısından qolları Əsgər Nəbiyev və Fərid Hacıyev keçirib. Bununla da “Qəbələ” 14 yanvardan davam edən təlim-məşq toplanışına yekun vurub. Komanda sabah vətənə qayıdacaq.