U-19-dan 9 cavabsız qol
Xəbərlər / 13 May 2025 | 16:49158
U-19-dan 9 cavabsız qol

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

UFA-nı qəbul edən U-19 böyükhesablı qələbə qazanıb – 9:0. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 32 oyunda 75 xal toplayıb.

 

U-17 evdə EFA-ya qalib gəlib – 5:2. 36 matçda 64 xal toplayan “qırmızı-qaralar” 5-ci sırada qərarlaşıb.

 

U-15 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”a 2:0 hesabı ilə (ilk oyun – 1:2) qalib gəlib. Bu qələbə komandamızı yarımfinala daşıyıb.