U-19-dan beş cavabsız qol, U-17-dən böyükhesablı qələbə
Xəbərlər / 20 May 2025 | 12:09193
U-19-dan beş cavabsız qol, U-17-dən böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

“Araz-Naxçıvan”ı qəbul edən U-19 böyükhesablı qələbə qazanıb – 5:0. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 33 oyunda 78 xal toplayıb.

 

U-17 səfərdə “Şamaxı”ya qalib gəlib – 5:2. 37 matçda 67 xal toplayan “qırmızı-qaralar” 5-ci sırada qərarlaşıb.

 

U-15 1/2 final mərhələsində “Qarabağ”la qarşılaşıb. Komandamız finala vəsiqə qazana bilməyib – 0:2, 3:4.