“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
“Dinamo”nun qonağı olan U-19 böyükhesablı qələbə qazanıb – 5:1. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 30 oyunda 69 xal toplayıb.
U-17 səfərdə “Səbail”ə qalib gəlib – 1:0. 34 matçda 60 xal toplayan “qırmızı-qaralar” 5-ci sırada qərarlaşıb.
U-15 bu turda istirahət edib. 28 oyunda 54 xal toplayan komandamız 5-ci pillədə qərarlaşıb.