U-19-dan ev, U-17 və U-16-dan səfər qələbəsi
Xəbərlər / 7 Fevral 2018 | 21:57398
U-19-dan ev, U-17 və U-16-dan səfər qələbəsi

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. “Qəbələ”nin 4 komandası son bit həftədə meydana çıxıb. U-19 evdə, U-17 və U-16 səfərdə qalib gəlibsə, U-15 ilk məğlubiyyətini alıb.

Gənclər Liqasında mübarizə aparan U-19 “Kəpəz”lə ev oyununda qalib gəlib – 3:1. 13 matçda 35 xal toplayan komandamız çempionatın lideridir.

Səfərdə “Qarabağ”la qarşılaşan U-17 komandamız 1:0 hesabı ilə qələbə qazanıb. 19 görüşdə 60 xal yığan “qırmızı-qaralar” 1-ci pillədə qərarlaşıb.

U-16 rəqib meydanında “Qarabağ”dan güclü olub – 3:0. 16 matçdan sonra hesabında 40 xal olan “Qəbələ” yarışın vahid lideridir.

U-15 turu xalsız başa vurub. Səfərdə “Vətən”ə 1:3 hesabı ilə uduzan komandamız 15 oyundan sonra 40 xalla 1-ci yerdə qərarlaşıb.