“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
Gənclər Liqasında XXXVI turun oyunları keçirilib. “Qəbələ” bu turda istirahət edib. Digər görüşlərin nəticələrindən sonra “qırmızı-qaralar” gümüş medalı təmin edib. Sona üç tur qalmış komandamız 33 oyunda 78 xal toplayıb.
U-17 evdə “Masallı” ilə heç-heçə edib – 1:1. 38 matçda 67 xal toplayan “qırmızı-qaralar” 5-ci sırada qərarlaşıb.
U-15 bürünc medal uğrunda oyunda “Neftçi” ilə qarşılaşıb. 1:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” mövsümü 3-cü yerdə başa vurub.