U-19 səfərdən xalsız döndü
Xəbərlər / 5 Oktyabr 2024 | 12:174
U-19 səfərdən xalsız döndü

“Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda növbəti oyunlarını keçiriblər. U-19 Gənclər Liqasında “Zirə”nin qonağı olub. Meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. 6 oyunda 8 xal toplayan “qırmızı-qaralar” 6-cı pillədə qərarlaşıb.

 

U-17 səfərdə “Turan Tovuz”la qarşılaşıb. Rəqib iki cavabsız qolla qalib gəlib. 6 görüşdə 9 xal toplayan “qırmızı-qaralar” 8-ci yerdədir.