U-19 Türkiyə hazırlığını böyükhesablı qələbə ilə başa vurdu
Xəbərlər / 14 Yanvar 2017 | 21:57560
U-19 Türkiyə hazırlığını böyükhesablı qələbə ilə başa vurdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib. “Qırmızı-qaralar”ın təlim-məşq toplanışındakı son rəqibi yerli “Kunduspor” olub. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.
Qarşılaşma “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.
Yanvarın 8-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Komandamız bunadək keçirdiyi ilk iki oyunda “Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və “Antalyaspor”a 1:2 hesabı ilə uduzmuşdu.