“Qəbələ”nin üç oyunçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar İdris İnqilablı, Vüsal Məsimov və Rüstəm Nuriyevdir. Onlar Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan millinin toplanışında iştirak edəcək. Yığmamız fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. Toplanış çərçivəsində yığmamız 3 yoxlama oyununa çıxacaq. Millimiz fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun, 17-də isə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə görüşlərdə qüvvəsini sınayacaq.