17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç üzvü yığmaya çağırılıb. Bu futbolçular Səmid Əhmədov, Ömər Kərimov və Ziya Şəkərxanovdur.
Millimizin avqustun 8-dən 18-dək Bakıda təlim-məşq toplanışı olacaq. U-17 hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Matçlara hazırlıq məqsədilə avqustun 1-dən 7-dək millimizin gündəlik məşqləri təşkil olunacaq. Bundan sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.