“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Bu oyunçular Emil Əmirov, Ceyhun Bağırzadə və Qədir Ramazanovdur.
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesi avqustun 22-dən 30-dək baş tutacaq. Toplanış Bakıda təşkil olunacaq.