20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Bu gün Bakıda start götürən hazırlıq prosesi seleksiya xarakteri daşıyır.
Martın 18-dək davam edəcək toplanışda “Qəbələ”nin üç oyunçusu çağırılıb. Bu futbolçular İbrahim Ramazanov, Gülağa Əsədov və Rauf Rüstəmlidir.