UEFA Gənclər Liqasının Çempionlar yoluna start verilib. Bu yarışda Azərbaycanı təmsil edən “Qəbələ”nin U-19 komandası ilk oyununu sabah keçirəcək. I mərhələdən mübarizəyə başlayacaq “qırmızı-qaralar” Moldovanın “Şerif” komandasını sınağa çəkəcək. Emin İmaməliyevin yetirmələri rəqibini Qəbələ şəhər stadionunda qonaq edəcək. Matç saat 18:00-da başlayacaq.
Bu, komandamızın UEFA Gənclər Liqasında ikinci sınağıdır. “Qəbələ” 2016/17 mövsümündə də Çempionlar yolunda mübarizə aparıb. Həmin vaxt I mərhələdə Rusiya “Dinamo”su (Moskva) qarşılaşan (0:2, 0:5) komandamız bu səddi keçə bilməyib.
Xatırladaq ki, “Qəbələ” və “Şerif” arasında cavab oyunu oktyabrın 24-də Tiraspolda baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
3 oktyabr
18:00. “Qəbələ” (Azərbaycan) – “Şerif” (Moldova)
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu