U-15-dən altı cavabsız qol
Xəbərlər / 7 May 2024 | 10:5312
U-15-dən altı cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. “Qarabağ”ın qonağı olan U-19 səfərdən xalsız dönüb – 1:2. Keçirdiyi 28 matçda 57 xal toplayan komandamız Gənclər Liqasının turnir cədvəlində 4-cüdür. U-17 səfərdə İCBFA-ya qalib gəlib – 2:1. 30 görüşdə 52 xal yığan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.

 

“Atletiko”nu qəbul edən U-16 turu üç xalla başa vurub – 3:1. 27 matçda 51 xal yığan “qırmızı-qaralar” 4-cü yerdədir. U-15 öz meydanında İCBFA ilə görüşüb. Komandamız 6 cavabsız qolla qələbə qazanıb. 27 qarşılaşmada 50 xal toplayan komandamız turnir cədvəlində 6-cıdır.