“Qəbələ”nin yeddi futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar İbrahim Ramazanov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Emil Süleymanov, Sənan Qərimov, Fərid Kələntərov və Namiq Şamilovdur. Onlar yığmanın fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq müddətində yığmamız fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın "Hellerup" klubu ilə yoxlama oyunları keçirəcək.