«Young Talents-2013» - Ikinci oyun günü
Xəbərlər / 18 Oktyabr 2013 | 16:03339
«Young Talents-2013» - Ikinci oyun günü

Rusiyanın Sankt-Peterburq şəhərəində 12 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən "Young Talents-2013" turnirinin qrup mərhələsinə yekun vurulub. İkinci oyun gününün ilk matçında "Qəbələ" Kirov "Dinamo"su ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matç rusiyalıların minimal hesablı qalibiyyəti ilə yekunlaşıb - 1:0. "Qırmızı-qaralar" ikinci - qrup mərhələsi çərçivəsində sonuncu matçda "Baltika" ilə üz-üzə gəlib. Kalininqrad təmsilçisi matçda üstün tərəf olub - 6:0. Qrupda keçirdiyi 4 oyundan 1 xal toplayan "Qəbələ" bu nəticə ilə beşliyin sonunda qərarlaşıb. 
Günün son oyununda "Qəbələ" turnirin əsasnaməsinə görə 17-20-ci yerlər uğrunda D qrupunun sonuncusu DYSH 3 (Gürcüstan) kollektivi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən matç 2:2 hesabilə sona çatıb. "Qırmızı-qaralar"ın heyətində Rauf Məhərrəmov və Nihad Bağırov fərqlənib. Qalib müəyyənləşmədiyindən tərəflər penalti duelində üz-üzə gəliblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Gürcüstan təmsilçisi 4:1 hesabilə qalib qəlib.
Komandamız sonuncu matçında "Kuban"la (Krosnadar, Rusiya) qarşılaşacaq. 19-cü yer uğrunda mübarizə oktyabrın 20-i baş tutacaq.