10-cu qələbə üçün
Xəbərlər / 2 May 2013 | 07:55240
10-cu qələbə üçün

Bu həftə Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Bu dəfə səfərdə meydana çıxacaq “Qəbələ” mayın 3-də Zaqatalada “Simurq”un qonağı olacaq. Mövsümdə 4-cü dəfə üz-üzə gələcək komandalar tarixlərində 22-ci duelə çıxacaq.

2005-ci ilin yayında yaranan “Qəbələ” və “Simurq” elə ilk mövsümdə I dəstədə uğurla çıxış edib güclülər dəstəsinə vəsiqə qazandılar. Aşağı dəstədən başlayan həmin rəqabət dövründə rəqiblər 2 dəfə I dəstə, 2 dəfə kubok və 15 dəfə çempionatda qarşılaşıb.

Əvvəlki 21 qarşılaşmada 9 qələbəsi olan “qara-qırmızılar” “Simurq” üzərində yubiley zəfərini əldə etmək əzmindədir. Cari mövsümdə rəqibini yenməyən “Qəbələ” son 3 oyunda hər dəfə 1 qol buraxmaqla qalib gələ bilməyib.

Cari mövsümdə 2 dəfə, ümumilikdə isə 5 dəfə komandaların oyununda qalib müəyyənləşməyib. Zaqatala təmsilçisi isə 7 dəfə meydanı 3 xalla tərk edib. 

Top fərqində üstünlüyə malik olan “Qəbələ”dir – 25:18. Son 4 dueldə hər komanda 1 dəfə qapısını toxunulmaz saxlaya bilib. Lakin bu 4 matçda 1-dən artıq qol vuran olmayıb.

“Simurq”un meydanında 11-ci dəfə baş tutacaq oyunadək meydan sahibləri 4 qələbə qazanıb. 3 dəfə “Qəbələ”nin qalib gəldiyi qarşılaşmalarda eyni sayda heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi öz meydanında 11, qonaqlar isə 10 dəfə qol sevinci yaşayıb.

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2

2011/12

16.02.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:1

2012/13

04.08.2012

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2012/13

16.12.2012

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:1

2012/13

05.04.2013

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:1